“Barselona”dan xal itkisi
11.02.2019 , 10:35

İspaniya La Liqasında 23-cü turun daha 4 oyunu keçirilib. Lider “Barselona” bu tur xal itkisi ilə üzləşib. Səfərdə “Atletik”in qonağı olan kataloniyalılar rəqibin müqavimətini qıra bilməyib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Bu heç-heçədən sonra xallarının sayını 51-ə yüksəldən “Barsa” ilk pillədəki yerini qoruyub. İkinci sırada “Real” qərarlaşıb. “Kral klubu”nu liderdən cəmi 6 xal ayırır. “Atletiko” isə 44 xalla 3-cü pillədə yer alır.
İspaniya La Liqası, 23-cü tur
10 fevral
“Leqanes” – “Betis” – 3:0
Qollar: Y. En-Nesiri, 22 (1:0), 36 (2:0), 66 (3:0)
“Valensiya” – “Real Sosyedad” – 0:0
“Sevilya” – “Eybar” – 2:2
Qollar: F. Orelyana, 22 (0:1), Çarles, 63 (0:2), V. Ben Yedder, 88 (1:2), P. Sarabia, 90 (2:2)
“Atletik” – “Barselona” – 0:0
