Dünən La Liqada “Valensiya”ya qalib gələn (2:1) “Barselona” tarixi rekord müəyyənləşdirib.
Bu qələbə sayəsində Kataloniya klubu İspaniya çempionatında məğlubiyyətsiz oyunlar seriyasını 39-a çatdırıb. Bu, İspaniya çempionatları tarixində yeni rekorddur. Buna qədər ən yaxşı göstərici ardıcıl 38 oyunda uduzmayan (1978-80-ci illərdə) “Real Sosyedad”a məxsus olub.
Qeyd edək ki, “Barselona” La Liqada son dəfə 2017-ci ilin aprelin 8-də “Malaqa”ya uduzub – 0:2.
Hazırda Kataloniya təmsilçisi 32 turdan 82 xalla daxili çempionatda liderdir.
Əlavə edək ki, bu göstərici münasibəti ilə bu həftə Kataloniya klubunu Çempionlar Liqasından kənarlaşdıran “Roma” “Barselona”nı təbrik edib.
