“Barselona”dan səfər qələbəsi – Video
04.01.2026 , 10:37
İspaniya La Liqasında 18-ci turun oyunları davam edir.
Korner.az xəbər verir ki, turun ən diqqətçəkən qarşılaşmalarından biri Kataloniya derbisi olub.
“Barselona” səfərdə “Espanyol”un qonağı olub və matçdan qələbə ilə ayrılıb. Görüşün taleyi oyunun son dəqiqələrində həll olunub. 86-cı dəqiqədə Dani Olmo hesabı açıb, 90-cı dəqiqədə isə Robert Levandovski fərqi artıraraq oyuna son nöqtəni qoyub.
“Espanyol” – “Barselona” – 0:2
Qollar: Olmo (86), Levandovski (90)