“Barselona”dan Rafinya üçün sürpriz qərar
03.04.2024 , 22:28

“Barselona” ulduz futbolçusu Rafinya üçün sürpriz qərar verib.
Korner.az xəbər verir ki, oyunçuya yay transfer dönəmində düzgün təklif gələrsə, “Barselona” onu satmağı düşünəcək.
İspaniya mətbuatı yazır ki, Rafinya oyunlarda gözləntiləri doğrulda bilməyib.
27 yaşlı braziliyalı vinger bu mövsüm 29 matçda 6 qol vurub, 10 məhsuldar ötürmə edib.
Mina Musayeva
