“Barselona” Serxio Busketslə yeni müqavilə barədə razılıq əldə edib.
Korner.az-ın məlumatına görə, bu barədə klub saytı xəbər yayıb.
“Barsa” dayaq yarımmüdafiəçisi ilə yeni müqavilə imzalayıb. Mövcud anlaşma 2021-ci ilə qədər nəzərdə tutulub. Ancaq gələcəkdə müqavilə daha iki illiyə uzadıla bilər.
Razılaşmada Busketsin transfer qiyməti də göstərilib. 27 yaşlı futbolçunu heyətinə qatmaq istəyən komanda 200 milyon avrosundan keçməlidi.
