“Barselona”dan növbəti qələbə
04.12.2024 , 10:01
“Barselona” İspaniya La Liqasında növbəti qələbəsini qazanıb.
Korner.az-ın məlumatına görə, Kataloniya klubu səfərdə “Malyorka”nın qonağı olub.
“Barsa” bu matçda rəqəbinə heç bir şans verməyib – 5:1.
Bununla da, katalonlar La Liqada 37 xalla liderliyini davam etdirir.