“Barselona”dan Messiyə yeni müqavilə
27.07.2019 , 18:15

“Barselona” Messiyə yeni müqavilə təklif edib.
Korner.az xəbər verir ki, futbolçuya müqavilə müddətini özünün seçməsi təklif olunub.İllik 34 milyon avro maaş alan Messi təklifi qəbul etsə,eyni məvacibi almağa davam edəcək.Ulduz futbolçunun müqaviləsi 2021-ci ildə başa çatır.
Qeyd edək ki, Messi “Barselona”da 687 oyuna 603 qol vurub.
