“Barselona”dan Joao Kanselo planı
18.11.2025 , 11:45
“Barselona” Joao Kanselonu transfer gündəminə qaytarıb.
Korner.az xəbər verir ki, “Əl-Hilal”ın müdafiəçisi olan portuqaliyalı futbolçu bir müddət əvvəl Avropaya dönmək istədiyini açıqlayıb.
Xarici KİV yazır ki, Kataloniya klubu yaxın günlərdə Kanselonun transfer ehtimalı ilə bağlı vəziyyəti daha detallı şəkildə analiz edəcək.
2023/24 mövsümündə icarə əsasında “Barselona”da oynayan Kanselo, cari mövsüm ərzində bütün turnirlərdə 4 matçda iştirak edib və 1 məhsuldar ötürmə qeydə alıb. 31 yaşlı futbolçu “Əl-Hilal”la 2027-ci ilə qədər müqavilə imzalayıb.