“Barselona”dan ilk transfer
15.06.2022 , 19:23
“Barselona” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az klubun saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi “Rasinq”in yarımmüdafiəçisi Pabo Torreni heyətinə qatıb.
Onunla 2026-cı ilin yayına qədər müqavilə imzalanıb. Bu keçid üçün “Barselona” qarşı tərəfə 5 milyon avro ödəyib.