"Barselona" Avropanın nəhəng klublarının diqqət mərkəzində olan Brazliya "Santos"unun ulduz futbolçusu Neymarın transfer məsələsini böyük ölçüdə həll edib.
Korner.az-ın məlumatına görə, bu barədə iddianı Kataloniyanın mərkəzində yerləşən və bu kluba yaxınlığı ilə tanınan "Sport" qəzeti yayıb.
Məlumatda bildirilir ki, Neymar və klubu "Santos" "Barselona" ilə 2011-ci ildə gizli müqavilə imzalayıb. Müqaviləyə əsasən Neymar nə zaman "Santos"dan ayrılaraq Avropaya üz tutsa "Barsa" ilə rəsmi şəkildə müqavilə imzalayaraq, Kataloniya təmsilçisinin şərəfini qorumalıdı.
