“Barselona”dan gedir?
29.07.2024 , 11:59

Serji Roberto gələcəyi ilə bağlı qərar verib.
Korner.az xəbər verir ki, “Barselona” ilə müqaviləsi başa çatan futbolçu klubu ilə vidalaşmaq fikrindədir.
O, Kataloniya təmsilçisi ilə sözləşməsini yeniləməyi düşünmür.
Serji klubundan azad agent kimi ayrılmaq fikrindədir.
Hazırda onun xidmətində “Ayaks” maraqlıdı. Futbolçu hələlik yekun qərarını verməyib.
