İspaniyanın “Barselona” klubu 10 futbolçu ilə yollarını ayıracaq.
Korner.az-ın məlumatına görə, məşqçilər heyəti müdafiəçi Erik Abidal, Adriano, Mark Munyes, Andreu Fontas, yarımmüdafiəçi Conatan Dos Santos, Serxi Roberto, İbrahim Afellay, habelə hücumçu Boyan Krkiç, İsaak Kuenka və David Vilya ilə müqaviləni uzatmağı məqsədəuyğun hesab etməyib.
Qapıçı Viktor Valdes isə klubla 2013-2014-cü il mövsümünün sonunadək olan müqaviləni yeniləməkdən imtina edib.