“Barselona”dan Frenki de Yonq qərarı
10.06.2024 , 11:55

“Barselona” yarımmüdafiəçisi Frenki de Yonqla bağlı qərar verib.
Korner.az xəbər verir ki, klub futbolçunu göndərmək istəmir.
Kataloniya klubu 27 yaşlı futbolçuya müqavilə təklif edəcək. Yeni sözləşmənin 3 illik olacağı gözlənilir.
Ötən mövsüm de Yonq bütün yarışlarda 30 matçda meydana çıxıb və 2 qol vurub.
