“Barselona”dan Fransa klubuna?
23.06.2025 , 16:30

Ansu Fati “Barselona”dan ayrıla bilər.
Korner.az xəbər verir ki, 22 yaşlı futbolçu karyerasını Fransada davam etdirməyə yaxındır.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Xəbərdə, ispaniyalı oyunçunun xidmətində “Monako”nun maraqlı olduğu iddia olunub.
Gənc hücumçunun bu həftə tibbi müayinədən keçəcəyi və yeni komandasına icarə əsasında qoşulacağı gözlənilir.
Onun Kataloniya klubu ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilə kimidir.
