“Çelsi”nin baş məşqçisi Joze Mourinyo ilə problemlər yaşayan belçikalı ulduz Eden Hazard yeni mövsümdən “Barselona”da oynaya bilər.
Korner.az-ın məlumatına görə, Katalon mediasının tanınmış qəzetlərindən olan “El Mundo Deportivo”da yer alan xəbərə görə, Təcrübəli oyunçunun “Çelsi”dəki gələcəyi sual altındadı.
London klubu növbəti mövsümün transferləri üçün bəzi ulduzlarını sata bilər. “Barselona”nın da Hazard üçün verəcəyi təklif ingilis klubunun bu futbolçudan imtina etməsinə səbəb ola bilər.
“Barsa” isə növbəti mövsümün də bu mövsüm kimi keçməməsi üçün yeni ulduzlar almağı planlaşdırır. Hazard da daha əvvəl La Liqa nəhənginə transfer olmağa müsbət yanaşdığını bildirmişdi.
Hazard bu mövsüm “Çelsi”nin heyətində 33 liqa matçında 14 qol vurub, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Bundan öncə Hazardın “Real”a transfer olunacağı xəbəri yayılmışdı.
