Dünya Futbolu

“Barselona”dan Dembeleyə cərimə

22.08.2019 , 18:13

“Barselona” hücumçusu Usman Dembeleni cərimələməyə hazırlaşır.

Korner.az xəbər verir ki,  buna səbəb fransalı futbolçunun  intizamsız davranışıdır.

O, La Liqanın ilk turunda “Atletik”lə görüşdən sonra Bilbao hava limanında divanda yatıb. Bundan başqa,  Dembele zədəsini klubun tibbi personalından gizlədib. Məhz bu səbəbdən o, daha uzun müddətə meydana çıxa bilməyəcək.

Bunları nəzərə alan klub rəhbərliyinin oyunçunu 980 min avro məbləğində cərimələyəcəyi gözlənilir.

Xatırladaq ki, Dembele zədəsinə görə 4-5 həftə komandasına kömək edə bilməyəcək

Son yazılar

Yuxarı