“Barselona”dan De Yonq qərarı
26.04.2024 , 17:08
“Barselona”nın yay transfer dönəmində satacağı futbolçulardan biri məlum olub.
Korner.az xəbər verir ki, bu, Frenki de Yonqdur.
Oyunçu ilə “Mançester Yunayted” yaxından maraqlanır.
Bildirilir ki, Kataloniya klubu futbolçunun satılmasına razıdır.
De Yonq, La Liqada bu mövsüm cəmi 20 oyunda meydana çıxıb və 2 qol vurub.