“Barselona”dan darmadağın – VİDEO
10.02.2025 , 08:50

İspaniya La Liqasında 23-cü turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, bu turda “Barselona” səfərdə “Sevilya”nın qonağı olub.
Matç Kataloniya nəhənginin 4:1 hesablı qələbəsi ilə bitib.
İspaniya La Liqası
23-cü tur
9 fevral
“Sevilya” – “Barselona” – 1:4
Qollar: Varqas, 8 – Levandovski, 7. F.Lopes, 46. Rafinya, 55. E.Qarsiya, 89.
