“Barselona”dan “Çelsi”yə
08.02.2024 , 23:09

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq klubdan ayrıla bilər.
Korner.az xəbər verir ki, o, karyerasını İngiltərədə davam etdirə bilər.
Futbolçunun xidmətində “Çelsi” maraqlıdır.
Tərəflər razılaşarsa, keçidin yayda baş tutacağı gözlənilir.
