“Barselona”dan Bundesliqa klubuna
16.01.2020 , 18:18

Almaniyanın “Şalke” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Barselona”nın müdafiəçisi Jan-Kler Todibonu heyətinə qatıb.
Futbolçu mövsümün sonunadək icarə əsasında “Şalke”də çıxış edəcək. Klub bu icarə üçün Kataloniya təmsilçisinə 1,5 milyon avro ödəyəcək.
