“Barselona”dan ayrılır, “Çelsi”yə keçir
21.02.2025 , 19:37

“Barselona”nın vingeri Ferran Torres klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, o, karyerasını İngiltərədə davam etdirə bilər.
İspaniyalı futbolçunun xidmətində “Çelsi” maraqlıdır.
24 yaşlı oyunçu yayda La Liqa təmsilçisindən ayrılacağı gözlənilir.
London klubu futbolçu üçün 30 milyon avro ödəməyə hazırdır.
