“Barselona”dan ayrıldı, bu kluba keçdi – Rəsmi
31.01.2025 , 11:57

“Barselona”nın yarımmüdafiəçisi Unai Ernandes klubundan ayrılıb.
Korner.az xəbər verir ki, o, karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
20 yaşlı futbolçu “Əl-İttihad”a transfer olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gənc oyunçu “Əl-İttihad”la 2028-ci ilin iyununa qədər müqavilə imzalayıb.
La Liqa nəhəngi Ernandesin gələcək satışından faiz alacaq.
