“Barselona”dan ayrılan Romeu İngiltərəyə döndü
06.11.2025 , 19:29
“Barselona”dan ayrılan Oriol Romeunun karyerasını harada davam etdirəcəyi müəyyənləşib.
Korner.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi İngiltərə Çempionşipində çıxış edən “Sauthempton”la razılığa gəlib. Klubun mətbuat xidməti 34 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, Romeu ötən mövsüm icarə əsasında “Jirona”da çıxış edib və 31 avqust tarixində “Barselona” ilə yollarını ayırıb.