“Barselona”nın türk ulduz futbolçusu Arda Turan bu gün İspaniya kuboku çərçivəsində “Atletik” Bilbaoya qarşı keçiriləcək matçı buraxmalı olacaq.
Korner.az-ın məlumatına görə, bu xəbəri klubun rəsmi saytı verib.
28 yaşlı yarımmüdafiəçi hərarəti olduğuna görə bu matçın 18 nəfərlik heyətinə daxil edilməyib. Jordi Alba və Rafinya da zədə səbəbindən matçı buraxmalı olacaq.
