“Barselona”dan Antonio Nusaya maraq
01.12.2025 , 19:45
“Leyptsiq”də çıxış edən Antonio Nusanın La Liqaya keçidi gündəmə gəlib.
Korner.az xəbər verir ki, “Barselona” norveçli vingerin transferini nəzərdən keçirir.
Kataloniya klubunun nümayəndələri gənc futbolçunu DÇ-2026-nın seçmə mərhələsində Norveçlə İtaliya arasında keçirilən oyunda izləyiblər. 20 yaşlı oyunçu həmin görüşdə vurduğu qolla diqqət çəkib və skautların marağına səbəb olub.
Məlumatda bildirilir ki, “Barselona” yaxın müddətdə futbolçu ilə bağlı rəsmi prosesə başlaya bilər.
Xatırladaq ki, “Leypziq” Nusanı 2024-cü ilin yayında “Brügge”dən 21 milyon avroya transfer edib. Hücumçu bu mövsüm alman klubunun heyətində 13 rəsmi matça çıxaraq 1 qol və 1 asistlə yadda qalıb.