“Barselona”dan 90 milyon avroluq transfer
23.01.2019 , 10:34

“Barselona” növbəti transferini yekunlaşdırıb.
Katalonlar “Ayaks”ın yarımmüdafiəçisi Frenki de Yonqun transferini tamamlayıb. 21 yaşlı futbolçunun keçidi 90 milyon avroya başa gəlib. Transferin tezliklə rəsmi şəkildə açıqlanacağı gözlənilir.
Qeyd edək ki, “Villem II” yetirməsi olan Hollandiya millisinin üzvü 2015-ci ildə “Ayaks”a keçib. De Yonq “Ayaks” tarixində satılan ən bahalı futbolçu olacaq.
