“Barselona”nın 22 yaşlı yarımmüdafiəçisi Rafinya Alkantara klubu ilə müqaviləsinin müddətini uzadıb.
Korner.az-ın məlumatına görə, tərəflər arasındakı yeni anlaşmanın müddəti 2020-ci ilə qədərdi.
Əvvəlki müqavilə isə 2016-cı il ilə qədər hesablanmışdı.
Futbolçunun müqaviləsindəki sərbəstqalma maddəsi 75 milyon avro təşkil edir.
