“Barselona”da yeni müqavilə – Rəsmi
31.10.2024 , 19:30

“Barselona”da yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, Kataloniya təmsilçisi futbolçusu Fermin Lopezlə sözləşmə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniya nəhəngi 21 yaşlı ispaniyalı yarımmüdafiəçi ilə 2029-cu ilə qədər müqavilə imzalayıb.
