“Barselona”da yeni müqavilə – Rəsmi
14.03.2025 , 10:30

“Barselona”da yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, Kataloniya təmsilçisi futbolçusu İniqo Martinesin sözləşməsini uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı müdafiəçi ilə imzalanan yeni kontraktın müddəti 2026-cı ilin yayına kimidir.
