"Barselona" klubunun futbolçusu Serxi Roberto klubda qalacaq.
Korner.az-ın məlumatına görə, "Barsa" futbolçu ilə müqaviləni yeniləməyə hazırlaşır.
Bununla bağlı tərəflər arasında razılıq əldə olunub. 24 yaşlı yarımmüdafiəçi ilə 5 illik yeni müqavilə imzalanacaq.
Kataloniya klubu yeni müqavilə ilə S.Robertonun təzminat qiymətini yüksəldəcək. Onun hazırkı qiyməti 40 milyon avro təşkil edir.
