“Barselona” daha bir aparıcı futbolçusu ilə müqaviləni yeniləyib.
Korner.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu gün argentinalı müdafiəçi Xavyer Maskerano ilə 3 illik müqavilə imzalanıb.
32 yaşlı futbolçu 2010-cu ildə “Liverpul”dan transfer olunub. O, bu müddət ərzində Kataloniya klubu ilə 4 dəfə İspaniya çempionluğu, 3 dəfə ölkə kuboku, 2 dəfə superkubok, 2 dəfə isə Çempionlar Liqasını qazanıb.
