“Barselona” futbolçusu Marlon Santosla müqaviləni yeniləyib.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, braziliyalı müdafiəçi daha 3 il Kataloniya təmsilçisinin şərəfini qoruyacaq.
Santos ötən mövsüm “Barselona”nın əsas komandası ilə 3 matçda oynayıb.
