“Barselona”da xoşagəlməz hal
01.04.2024 , 21:40

İspaniya çempionatının 30-cu turunun matçında “Barselona” doğma meydanda “Las Palmas”ı 1:0 hesabı ilə məğlub edib.
Korner.az xəbər verir ki, görüşdə kataloniyalıların üç üzvünə – Robert Levandovski, Joau Kanselu və İniqo Martinesə xəbərdarlıq edilib.
Onlar “Kadis”lə növbəti oyunu buraxmaq məcburiyyətindədilər.
Bununla belə, “Barca Universal” iddia edib ki, Levandovski və Kanselu “Kadis”lə oyunda sanksiya almamaq üçün dünənki matçda bilərəkdən vərəqə alıblar.
Onların bilərəkdən vərəqə aldıqları sübuta yetirilərsə, 2 oyunluq diskvalifikasiya olunacaqlar.
