Aleksiz Sançez 1 ay komandasına kömək edə bilməyəcək
"Barselona"nın çilili futbolçusu Aleksiz Sançez zədələnərək sıradan çıxıb.
Korner.az-ın məlumatına görə, katalonların futbolçusu millisinin Serbiya ilə matçında zədələnib.
23 yaşlı futbolçu sağ biləyindən zədələnib və onun ən azı 4 həftəyə yaşıl meydanlara dönəcəyi bildirilir.
Qeyd edək ki, Aleksiz Sançez "Barselona" forması altında 15 dəfə meydana çıxıb və 1 qola imza atıb.
