“Barselona”da şok itki
12.01.2020 , 21:11

“Barselona” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, komandanın hücumçusu Luis Suares dizindən əməliyyat olunub. Futbolçunun 4 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilib.
Suares bu mövsüm Kataloniya klubunun heyətində 23 matçda 14 qol vurub, 11 məhsuldar ötürməyə imza atıb.
