“Barselona”nın cari mövsümdəki heyəti klubun tarixində ən bahalı sayılır.
Korner.az-ın məlumatına görə, Lius Enrikenin kollektivi 756,5 milyon avro məbləğində qiymətləndirilir. Bu isə Xosep Qvardiolanın 2011/12 mövümündəki komandasından 135 milyon avro çoxdur.
Təkcə Lionel Messi – Neymar – Luis Suares üçlüyü 310 milyon avrodur. Messi 120, Meymar 100, Suares 90 milyon avro dəyərə malikdir. Bundan sonrakı 3 bahalı futbolçu Serxio Buskets (60 milyon avro), İvan Rakitiç (50 milyon) və Xerar Pikedir (40 milyon).
Kataloniya təmsilçisində ümumi müqavilələrin dəyəri 2 milyard 665 milyon avrodir. Müqaviləyə əsasən ən yüksək transfer məbləği olan futbolçu 250 milyon avroluq Messidir.
