“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen klubdakı gələcək karyerası haqda danışıb.
Korner.az-ın məlumatına görə, bu haqda “sport.es” saytında yer alıb.
Almaniyalı qolkiper komandada qalacağına əmin olmadığını bildirib:
“Növbəti mövsüm hansı komandada oynacağımla bağlı heç nə deyə bilmərəm. “Barselona” ilə 3 illik müqaviləm var. Ancaq burada qalacağıma əmin deyiləm. Rəhbərliyin təklifini gözləyəcəm. Oyun keyfiyyətim məşqçilər korpusuna bəllidir. Mümkün qədər daha çox oynamaq istəyirəm”.
