"Barselona"nın daha bir futbolçusu zədələnərək sıradan çıxıb.
Korner.az-ın məlumatına görə, Ktaloniya təmsilçisinin futbolçusu Adriano La Liqanın 28-ci turunun “Rayo Valyekano”ya qarşı oyununda (3:1) ciddi zədə alıb. Bununlada onun "Barsa"ya azı 4 həftə kömək edə bilməyəcəyi bildirilir.
Xatırladaq ki, Adrianodan öncə Karles Puyol zədələnmişdi və kapitan bir müddətdir ki, "Barselona"ya kömək edə bilmir.
