“Barselona”da növbəti ayrılıq
24.05.2023 , 16:14

“Barselona” mövsümün sonu daha bir futbolçusu ilə yolları ayıracaq.
Korner.az xəbər verir ki, Kataloniya klubunun Jordi Alba ilə sağollaşacağı gözlənilir.
Marca”nın xəbərinə görə, müqaviləsi başa çatacaq Jordi Albanın klubla yollarını ayıracağı bildirilib.
11 mövsümdür “Barselona”da çıxış edən Albanın “Malyorka” ilə son matçına çıxacağı deyilir.
