“Barselona”nın ulduz futbolçusu Lionel Messi komandanın dünənki məşqində iştirak etməyib.
Korner.az-ın məlumatına görə, İspaniya kubokunun 1/4 final mərhələsinin “Malaqa” ilə oyununun sonlarında yüngül zədə alan argentinalı hücumçunu əzələləri narahat edir.
Qeyd edək ki, Messinin “Osasuna” ilə qarşılaşmanı buraxacağı gözlənilir.
