“Barselona”da itki
26.01.2024 , 11:55
“Barselona”nın müdafiəçisi Aleks Balde sıradan çıxıb.
Korner.az xəbər verir ki, o, Kral Kubokunun 1/4 finalında “Atletik”lə matçda (2:4) aldığı zədə səbəbindən əməliyyat olunacaq.
Onun 4 aydan çox yaşıl meydanlardan kənar qalacağı gözlənilir.