“Barselona”nın niderlandlı futbolçuları Memfis Depay və Frenki de Yonq zədələnib.

Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki,hər iki oyunçu Niderland yığmasının heyətində Millətlər Liqasının Belçika ilə görüşündə sıradan çıxıb.

Ayaq əzələlərində problem olan futbolçuların bir neçə gün komandadan ayrı qalacağı məlum olub.