İspaniya nəhəngi “Barselona”nın çempionatdakı “siftə”si uğursuz alınıb.
Korner.az-ın məlumatına görə, katalonlar La Liqanın ilk turunda səfərdə “Atletik”i 1:0 hesabı ilə məğlub etsələr də, ciddi itki ilə üzləşiblər.
“Qırmızı-göylər”in iki futbolçusu – Dani Alveş və Serxio Buskets sıradan çıxıb.
Bilbaoda baş tutan görüşdə zədələnərək meydanı vaxtından əvvəl tərk etmək məcburiyyətində qalan oyunçulardan Buskets 15 gün, Alveşin isə 1 ay yaşıl meydanlardan kənarda qalacağı deyilir.
