“Barselona”da iki itki – Kunde və Balde zədələndi
04.03.2026 , 14:18
”Barselona”nın müdafiəçiləri JüL Kunde və Aleks Balde zədə səbəbindən sıradan çıxıblar.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, hər iki futbolçu İspaniya kubokunun yarımfinal mərhələsində “Atletiko”ya qarşı keçirilən cavab görüşündə zədələnib.
Xəbərdə bildirilir ki, oyunçular bud əzələsindən xəsarət alıblar. Kundenin zədəsi ciddi hesab olunmur. Onda kiçik yırtıq aşkarlanıb və onun Çempionlar Liqasının 1/8 finalında “Nyukasl”la matçda meydana çıxa biləcəyi gözlənilir.
Balde isə daha ağır zədə alıb və bir neçə həftə komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, cavab qarşılaşmasında “Barselona” 3:0 hesablı qələbə qazansa da, ilk oyunda 0:4 uduzduğu üçün mərhələni adlaya bilməyib.