Həftəsonu “Malaqa” ilə keçirilən matçda 90 dəqiqə meydanda olan Arda Turan “Barselona”nın bugünkü məşqinə qatılmayıb.
Korner.az-ın məlumatına görə, yüksək hərarəti olan türkiyəli futbolçu komandanın hazırlığında iştirak etməyib.
Arda ilə yanaşı, komandanın digər futbolçusu Serxio Buskets də məşqə çıxmayıb. Buna ispaniyalı futbolçunun soyuqlaması səbəb olub. Özünü yaxşı hiss etməyən Buksets məşqə qatılmayıb. Hər iki futbolçunun “Atletik”lə kubok görüşündə meydana çıxmayacağı gözlənilir.
