“Barselona”da daha bir ciddi itki
27.10.2023 , 20:35

“Barselona”nın futbolçusu Pedrinin sabahkı “El Klasiko”da iştirak edib-etməyəcəyi bəlli olub.
Korner.az “Mundi Deportivo”ya istinadən xəbər verir ki, gənc futbolçu “Real”la oyunu buraxmalı olacaq. Buna səbəb kataloniyalı futbolçunun zədəsini sağalda bilməməsi olub.
Qeyd edək ki, “El Klasiko” Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.
