“Barselona”da ciddi itkilər
26.03.2025 , 17:30

“Barselona” İspaniya La Liqasının 27-ci turunun təxirə salınmış oyununda “Osasuna” ilə üz-üzə gələcək.
Korner.az xəbər verir ki, Kataloniya təmsilçisi matça ciddi itkilərlə çıxacaq.
Bu barədə komandanın baş məşqçisi Hansi Flik açıqlamasında deyib.
“Barselona”nın müdafiəçisi Ronald Arauxo və vingeri Rafinya komandaya kömək edə bilməyəcək.
Qeyd edək ki, “Barselona” – “Osasuna” qarşılaşması sabah Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
