“Barselona”da ciddi itki: “Real”la matçı buraxacaqlar
25.04.2025 , 15:30

“Barselona”nın iki oyunçusu İspaniya kubokunun finalında “Real”a qarşı keçiriləcək görüşü buraxacaq.
Korner.az xəbər verir ki, söhbət Robert Levandovski və müdafiəçi Alexandro Baldedən gedir.
Hər iki futbolçu zədəsini bərpa etməyi üçün komandanın iştirak ərizəsində yer almayıb.
Sabah keçiriləcək “Barselona” – “Real” oyununa Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.
