“Barselona”nın futbolçusu Andres İnyesta zədələnib.
Korner.az-ın məlumatına görə, o, La Liqada hazırda davam edən “Valensiya” ilə görüşün 14-cü dəqiqəsində rəqib futbolçunun sərt müdaxiləsindən sonra dizindən zədə alıb. Təcrübəli yarımmüdafiəçi xərəklə meydanı tərk edib.
Onun durumunun ciddi olub-olmadığı tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.
