“Barselona”da ciddi itki
31.01.2024 , 18:26

“Barselona” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, klubun hücumçusu Joao Feliks zədələnib.
24 yaşlı forvard ötən gün komandanın məşqi zamanı sıradan çıxıb.
Topuq nahiyəsindən zədələnən futbolçunun 4 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
